AMAY ticarət mərkəzinin qarşısında qəza baş verib, sürücü öldü
Bu gün səhər saatlarında Xətai rayonu, AMAY ticarət mərkəzinin yaxınlığında bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
Sürücü 34 yaşlı Təbriz Akif oğlu Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis Racib Almazov faktla bağlı araşdırma aparıldığını deyib: "Hadisə bağlı məlumat alan kimi əraziyə gəldik. Artıq ilkin müayinələr aparılıb. Hadisənin nəticələri ilə bağlı məlumat veriləcək".
Meyit müayinə olunması üçün tibbi ekspertizaya göndərilib. Qəzanın səbəbləri ilə bağlı araşdırma davam edir.