Liviyada "al-Qaida" lideri öldürüldü

Liviyada keçirilən əməliyyatda "al-Qaida" terror təşkilatının liderlərindən Muxtar Belmuxtar öldürülüb.

 

APA TV-nin xəbərinə görə, əməliyyat ABŞ ordusuna məxsus hərbi təyyarələrlə keçirilib.

 

ABŞ Müdafiə Nazirliyi Liviyanın şərqində keçirilən əməliyyatda əsas hədəfin Muxtar Belmuxtar olduğunu açıqlayıb. Pentaqon sözçüsü Stiv Varrenin yazılı açıqlamasında bildirilir ki, Şimali Afrikada  əsas terror aktlarının arxasında "al-Qaida"ya bağlı Murabitun təşkilatının lideri Muxtar Belmuxtar dayanır.


Varren Muxtar Belmuxtarın 2013-cü ildə Əlcəzairdəki təbii qaz yatağında törədilən, nəticədə aralarında üç ABŞ vətəndaşı da olmaqla 10 ölkədən 38 insanın ölümünə səbəb olan hücumu idarə etdiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv