İki qadın güləşçimiz yarımfinalda

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub.

 

APA TV-nin məlumatına görə, 48 kq çəki dərəcəsində Azərbaycan yığmasının lideri, dünya və dördqat Avropa çempionu Mariya Stadnik mübarizəyə 1/8 finaldan başlayıb.

 

Stadnik ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Təmslçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayacaq.

 

Azərbaycan güləşçisi Natalya Sinişin də mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşlı idmançımız 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayacaq.

Müəllif | Apa.Tv
Apa.tv