Avropa Olimpiya Komitəsinin rəsmisi: "Azәrbaycanda Olimpiya Oyunlarının keçirilmәsi üçün böyük imkan var”

“Avropa Oyunları Əməliyyat Komitəsinin işindən çox mәmnunam". APA TV-nın mәlumatına görә, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

 

O bildirib ki, idmançılar da Əməliyyat Komitәsinin fәaliyyәtindәn razıdır: “Artıq 24 çempionun adı bәlli olib. İlk üç gündən sonra medal siyahısına baxdıqda, Azәrbaycanın birinci olduğunu görürük. Bu gün dә gәrgin yarışlar olacaq. Açılış mәrasimindәn sonra bağlanış mәrasiminә 8 min, dünәn isә 15 min bilet satılıb. Yerlərin 75 faizi tutulub. İndiyədək 23 min tamaşaçı 9 idman obyektində 20 müxtәlif yarışı izlәyib. 6 yarışda 100 faiz tamaşaçı iştirakı olub. Bu gün 7 mәkanda yarışlar keçirilәcәk. Azәrbaycanda bayram günü olduğuna görә 30 min tamaşanın iştirakını gözlәyirik”.

 

Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sәdri Spiros Kapralos ermәni idmançılara münasibәtlә bağlı sualı cavablandırarkən deyib ki, “biz iki ölkә arasında mәsәlәlәrә müdaxilә edә bilmәrik”. Onun sözlərinə görə, oyun meydançalarında rәqabәt normal şәkildә hәyata keçirilir: “Oyunlar üçün normal ab-hava yaradılıb”.

 

Mәsәlә münasibət bildirən Saymon Kleq isә qeyd edib ki, ermәni medalçı Miqran Arutunyan açıqlamasında azәrbaycanlıların onu yaxşı qarşıladığını söyləyib vә buna görә tәşәkkür edib. Bütün bunlar isə idmanın gücünün göstәricisidir.

 

Spiros Kapralos Azərbaycanın idman sahәsinә böyük vәsait yatırdığını da vurğulayıb. Onun sözlərinə görə, tәkcə idman deyil, gәnclәr vә digәr sahәlәrin inkişafına da böyük investisiya qoyulur: “Azәrbaycan bundan sonra “Formula 1”, Şahmat Olimpiadası, İslam Hәmrәyliyi Oyunları vә futbol üzrə “Avro 2020”nin yarışlarına ev sahibliyi edәcәk. Bütün bunlar onu göstәrir ki, Azәrbaycanda Olimpiya Oyunlarının keçirilmәsi üçün böyük imkan var”.

 

Sonda Saymon Kleq onu da vurğulayıb ki, I Avropa Oyunlarının yayım səviyyəsindən hazırda tam məmnundur.

 

Müəllif | Apa.Tv