Bu uşağın yaşaması üçün 120 min manata ehtiyac var...

50 yaşında analıq sevincini yaşayan Elza Paşayeva deyir ki, Muradın dünyaya gəlişi ailələri üçün əsl xoşbəxtlik olub. Ana bətnində olarkən mütəxəssislər dünyaya gələcək körpənin ürək-qüsurlu olacağını valideynlərə bildirsələr də, Elza Paşayeva körpəsindən imtina etməyib.

 

Anasının dediyinə görə, Muradın ürəyində böyük qüsur var: "Gələcəkdə əməliyyat olunmalıdır. Bundan əvvəlki əməliyyat üçün Muradı Türkiyəyə apardıq. Türkiyəli həkimlərin məsləhəti ilə Muradı Yunanıstana apardıq. Yunanıstanda əməliyyat olundu, ürəyinə müvəqqəti stend qoyulub, damarlar açılıb. Bundan sonra isə daha üç əməliyyata ehtiyacı var. Bu əməliyyatı öz hesabımıza etdirdik. Amma indi maddi imkan digər əməliyyatların aparılmasına kifayət etmir. Ürək sağda yerləşməklə bərabər, ciddi çatışmazlıq da var. Damar keçməzliyi, mədəciklər arası çəpər açıqlığı problemi aradan qaldırılmalıdır".

 

Elza Paşayeva deyir ki, Murad anadan olandan sonra ilk əməliyyatı başlayanadək Bakıda da müxtəlif ürək cərrahları tərəfindən müayinə və müalicə olunub. Amma mütəxəssislər onun dərhal xarici ölkədə əməliyyat olunmasını vacib sayır. Növbəti əməliyyatlar sol körpücükaltı arteriya və LPA arasında stend dəyişmə prosedurudur. Bu əməliyyatların hər birinin dəyəri 40 min manatdır. Əməliyyatın ümumi məbləği 120 min manat təşkil edir: "İmkanlı şəxslərdən ailəm adından xahiş edirəm ki, Muradın yaşaması üçün yardım etsinlər. Bu, mənim ilk övladımdır. Yəni 120 min manat əməliyyatın ümumi xərcidir. Evimi də satmaq qərarına gəliməm. Bununla bağlı artıq elan da vermişik. Hər şeyə razıyıq, bircə Murad yaşasın".

 

Murada maddi kömək istəyənlər üçün onun anasının adına bank hesabı açılıb:

 

Bank:

İnternational Bank of Azerbaijan, Nagliyyat branch

KOD805711

SWIFT:IBAZAZ2X

INN:9900001881

Adress: Baku-38, S.Ragimov str. 138

 

Customer:

PASHAYEVA ELZA IBRAHIM QIZI

Card Account:

AZ871BAZ33811018402016939205

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı