Arif Məmmədov İƏT-in Avropa İttifaqındakı səfiri vəzifəsindən geri çağırılıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Arif Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.
Qeyd edək ki, Arif Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.