Mariya Stadnik: "Göyün yeddinci qatındayam”
"Nəhayət ki, dövlət himnimizi eşidə-eşidə müəyyən qədər öyrəndim. I Avropa Oyunlarında qızıl medal qazandığıma görə çox sevincliyəm. Bu mənim üçün böyük şərəfdi. Birinci növbədə cənab prezident və onun ailəsi, xalqımız mənə azarkeşlik edirdilər. Mən də yaxşı güləşdim”. Bu sözləri Avropa Oyunlarında 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik deyib. O, qızıl medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Eltsa Yankovanı məğlub edib. O, rəqiblərini vaxtından əvvəl məğlub etməsini belə əsaslandırıb: “Mən vətənimdə mübarizə aparırdım. Ona görə də bu əsas üstünlüyüm idi. Mənim başqa çıxış yolum yox idi. Göyün yeddinci qatındayam”
Stadnikin sözlərinə görə, yarışda əsas rəqibi polşalı güləşçi İvona Matkovska olub.