Ermənilər Ağdamda yenidən yanğın törətdi

Ermənilərin Ağdam istiqamətində törətdiyi yanğınlar iyunun 15-i axşam saatlarında yenidən vüsət alıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmən hərbiçiləri rayonun işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə növbəti dəfə od vurublar.

 

Axşama doğru qeydə alınan alov qısa müddət ərzində genişlənərək təmas xəttini aşıb. Gecə saatlarında isə yanğınların daha da genişlənməsi müşahidə olunub.

 

Cəbhəyə yaxın yaşayış məntəqələrində baş verə biləcək hər hansı xoşagəlməz hala qarşı tədbirlər görülür. 

 

Müəllif | Apa.Tv