Bakı-2015: Qeyri-rəsmi komanda birinciliyində Rusiya liderliyi ələ keçirib

Bakı-2015 I Avropa Oyunlarının 4-cü günündə 15 dəst medal sahibini tapıb. APA TV-nin məlumatına görə, Azərbaycan millisi günü 3 medalla başa vurub.

 

1 qızıl, 2 bürünc mükafat qazanan yığmamız iki gün qərarlaşdığı zirvəni əldən verib. Belə ki, qeyri-rəsmi komanda birinciliyində Rusiya liderliyi ələ keçirib. Hesabında 9 qızıl, 2 gümüş, 4 bürüncü olan şimal qonşularımızın ümumilikdə 15 medalı var.

 

16 mükafat qazanan Azərbaycan idmançıları 7 qızıl və eyni sayda bürünclə yanaşı, 2 gümüş də əldə edib. Həm medal sıralamasında, həm də ümumi mükafat sayında 3-cü pillədə Türkiyə qərarlaşıb.

 

Qeyd edək ki, Avropa Oyunlarında iştirak edən 50 ölkədən 29-u medal qazanıb. Çempionluq sevincini isə yalnız 14 yığmanın üzvləri yaşayıb.

 

Müəllif | Apa.Tv