Tanınmış rusiyalı müğənni Janna Friske vəfat etdi

Tanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə “TASS”a müğənninin atası Vladimir Friske bildirib. 

 

“Janna vəfat etdi, bu həqiqətdir. Bu iyunun 15-də axşam saat 10.00-da baş verdi”. Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.

 

Qeyd edək ki, müğənni 2013-cü ildən beyin xərçəngi ilə mübarizə aparırdı. Bundan əvvəl Janna Friskenin əri Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

 

Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o, uğurlu solo karyerasına başlayıb.

 

Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.

Müəllif | Apa.Tv
Apa.tv