Bakı-2015: Voleybolçularımız Polşa yığmasına qalib gəldi
Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular növbəti oyunlarına çıxıblar.
APA TV-nin məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması II turda Polşanı sınağa çəkib.
Rəqibin ilk görüşdən qalib ayrılması matça olan marağı bir qədər də artırıb. Oyunu yüksək səviyyədə keçirən millimiz Rumıniyadan sonra güclü polşalıları da məğlub etməyi bacarıb.
Millimiz hər üç setdə qalib gəlib - 3:0 (28:26, 25:16, 25:23).