Üsamə bin Ladenin şəxsi katibi öldürüldü

“Al-Qaida” terror təşkilatının Ərəbistan yarımadasındakı qruplaşmasının lideri Nasir əl-Vahişi ABŞ-a məxsus pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində məhv edilib.

 

APA TV-nin xəbərinə görə, Nasir Əl-Vahişi Ərəbistan yarımadasında "Al-Qaida" terror qruplaşmasının lideri həmçinin təşkilatın ikinci siması olub, daha əvvəl isə Üsamə bin Ladenin şəxsi katibi olub.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri “Al-Qaida” ilə yaxın əlaqəsi olan “al-Murabitun” terror qruplaşmasının lideri Muxtar Belmuxtarı məhv etməyə müvəffəq olublar.

Müəllif | Apa.Tv
Apa.tv