Papa pedofil keşişləri cəzalandırdı
Roma Papası Fransisk adları pedofiliya qalmaqalında hallanan bir neçə ali rütbəli keşişi vəzifəsindən azad edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, həbs olunmuş keşişə dəstək göstərdikləri üçün ABŞ-ın Sent-Pol və Minneapolis arxiyepiskopu və onun müavinini tutduğu vəzifəsindən azad edib.
Qeyd edək ki, Papa beş gün öncə Vatikanda tarixi bir qərara imza ataraq, uşaqların cinsi istismarını ört-basdır edən, ya da göz yuman yepiskopların mühakimə olunmasının yolunu açıb.
Bundan başqa, Vatikanın uşaqlara qarşı cinsi təcavüzdə ittiham olunan Dominikan Respublikasında səfir vəzifəsində çalışmış yüksək çinli keşişi Jozef Vesolovski vəzifəsindən azad edilib. Keçmiş səfirin 11 iyulda məhkəməyə çıxarılacağı gözlənilir. Vesolovskinin günahkar olduğu sübut olunarsa, o, ən azı 12 il həbs cəzası alacaq.
Dominikan Respublikasında Papa elçiliyini həyata keçirən Vesolovskinin bütün səlahiyyətləri qalmaqaldan sonra ötən il əlindən alınıb.