Qadın güləşçimiz Anjela Doroqan finalda!
Avropa Oyunlarında qadın güləşçilərimiz uğurlu çıxışını davam etdirir. APA TV-nin xəbərinə görə, bu gün 53 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Anjela Doroqan finala vəsiqəni təmin edib.
İdmançımız ilk görüşündə türkiyəli Merve Kengeri 8:2 hesabı ilə məğlub edib. O, 1/4 finalda Mersedes Denisdən üstün olub - 4:0. Anjela Doroqan yarımfinalda rumıniyalı Natalya Buduya 5:0 hesabı ilə qalib gələrək, ən azı gümüş medal almağı qarantiya edib.
Güləşçimizin finalda rəqibi polşalı Roksana Zasina olacaq.