Avropa Oyunlarının bağlanış mərasiminə 48 min bilet satılıb
İyunun 15-də Avropa Oyunları çərçivəsində keçirilən yarışları 30 min tamaşaçı izlәyib. APA TV-nin mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Saymon Kleq 15 iyunda 7 ayrı idman obyektində 19 müxtәlif oyunlar üzrә yarışların keçirildiyini söyləyib.
Onun sözlərinə görə, orta tamaşaçı tutumu 84 faiz olub: "6 sessiyada 100 faiz tamaşaçı var idi. Dünәn bağlanış mәrasiminә әlavә 13 500 bilet satılıb. Son 3 gündә 37 500 bilet satılıb. Ümumilikdә 48 min bilet satılıb. Bu gün 11 müxtәlif idman növü üzrә yarışlar keçirilәcәk".
"Unutmaq lazım deyil ki, biz hәr şeyi sıfırdan başlamışıq" deyən Saymon Kleq bildirib ki, oyunlarla bağlı yayımçılar tәrәfindәn götürülәn öhdәliklәr müxtәlifdir: "Bu cür oyunlar әvvәl keçirilmәyib, ona görə də tәcrübә faktları yoxdur. Biz böyük yayımçıları cәlb etmişik vә bu, Oyunların uğurudur. Bәlkә dә bәzi ölkәlәrdә azarkeşlәrin istәdiyi kimi deyil. Amma son iki ildә geniş şәkildә yayımı tәşkil etmәyә çalışmışıq".
Saymon Kleq yayımdan vә Avropada bu Oyunlara ayrılan vaxtdan mәmnun olduğunu bildirib.