Azərbaycanlı taekvondoçu bürünc medal uğrunda döyüşəcək
Bu gün Avropa Oyunları çərçivəsində taekvondo yığmasının üzvü, 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova qızıl medal uğrunda mübarizə şansını son anda əldən verib.
APA TV-nin xəbərinə görə, Rusiya təmsilçisi Aleksandra Luçaqinanı 7:1, Yunanıstanlı idmançı İoanna Kuotsounu 4:2 hesabı ilə məğlub edən Abakarova yarımfinalda serb Tiyana Boqdanoçivlə qarşılaşıb. Üç raunddan ibarət döyüş 6:6 hesabı ilə başa çatdığından, əlavə raund təyin olunub. Əlavə raunda ilk xalı qazanan serb taekvondoçu finala çıxıb.
Patimat Abakarova bürünc medal uğrunda mübarizəni davam etdirir.