Sərbəst güləşçimiz Anjela Doroqan qızıl medal qazandı!
Sərbəst güləş üzrə qadınlardan ibarət yığmamız ölkəmizin komanda hesabına daha bir qızıl medal yazdırıb.
APA TV-nin xəbərinə görə, 53 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Anjela Doroqan final görüşündə polşalı Roksana Zasina ilə qarşılaşıb.
Gərgin keçən görüşün ilk hissəsi polyak güləşçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə hesabı bərabərləşdirməyə müvəffəq olan Anjela Doroqan sonda daha bir qal qazanaraq qızıl medalın sahibi olub.
Bu, Azərbaycan yığmasının sayca səkkizinci qızıl medalıdır. Yığmamız ümumilikdə 5 gün ərzində 18 medal qazanıb.