Taekvondoçularımızdan ilk medal Abakarovadan!

Azərbaycanın taekvondo yığması Avropa Oyunlarında ilk medalını qazanıb. Qadın taekvondoçuların yarışında 49 kiloqram çəki dərəcəsində çıxış edən Patimat Abakarova bürünc medal əldə edib. Üçüncülük yarışında italyan Erika Nikoli ilə qarşılaşan taekvondoçumuz asan qələbə qazanıb. Görüşün ilk hissəsi 4:0 Abakarovanın üstünlüyü ilə bitib. İkinci hissəyə inamla başlayan idmançımız hesabı 9:0-a çatdırıb. Üçüncü hissədə hesabı 13:0-a çatdıran Abakarova oyunu vaxtından əvvəl təmiz qələbə ilə bitirib.

Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  

 

Müəllif | Apa.Tv
Apa.tv