Patimat Abakarova: “Məşqçiyə qulaq assaydım, daha yüksək mükafat qazanardım”

“Son görüş və yarışla bağlı təəssüratlarım çox yaxşıdır. Çalışaraq bürünc medalı əldə etdim”. Bu fikirləri Avropa Oyunlarının bürünc mükafatçısı, milli taekvondoçumuz Patimat Abakarova deyib.

 

Abakarova bildirib ki, yarımfinalda serbiyalı Tiyana Boqdanoçivlə görüşdə məşqçinin sözlərinə əməl etsəydi, daha yüksək mükafat qazana bilərdi:

 

“Final üçün döyüşümdə məşqçimin verdiyi tapşırığı lazımınca yerinə yetirmədim. Əgər bunu etsəydim, fərqli nəticə qeydə alınardı. Yəni, məğlubiyyətimdə məhz çalışdırıcıya qulaq asmamağım öz rolunu oynadı. Döyüşlərimi azarkeşlərlə yanaşı, anam və qohumlarım da izləyirdi. Məni dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, Patimat Abakarova bürünc medal uğrunda döyüşdə italyan Erika Nikolini məğlub edib.

 

Müəllif | Apa.Tv