Kişi voleybolçularımız serblərə məğlub oldu
Kişi voleybolçular Bakı-2015 I Avropa Oyunlarında ötən gün növbəti oyunlarını keçiriblər.
APA TV-nin məlumatına görə, II turda Azərbaycan yığması da meydana çıxıb.
A qrupunda yer alan komandamız Bakı Kristal Zalında Serbiya ilə qarşılaşıb. Yığmamız ilk turda Finlandiyaya tay-brekdə uduzmuşdusa, serblər Türkiyəyə “quru hesab”la məğlub olmuşdular. Bülənt Karslıoğlunun yetirmələri bu dəfə də məğlub olublar.
Millimizin yer aldığı qrupda Türkiyə-Polşa qarşılaşması da böyük marağa səbəb olub. Türkiyə yığması gərgin keçən oyunda 2:3 hesabı ilə məğlub olub.
B qrupunda isə Rusiya yığması Belçikanı, Almaniya Slovakiyanı 3:0 hesabı ilə məğlub edib. Bolqarıstan millisi isə İtaliyaya bir set versə də, yekunda qalib olub.