Yaşar Əliyev erməni güləşçini belə məğlub etdi - VİDEO
Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Apasport.az saytının məlumatına görə, 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb.
Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə münasibətlərinə aydınlıq gətirib. Həmyerlimiz rəqibini asanlıqla məğlub edib - 9:4.
Əliyev üçün 1/4 final qarşılaşması prinsipial əhəmiyyət daşıyıb. Erməni Qarik Barsekyanı sınağa çəkən Yaşar rəqibinin zəif olduğunu sübuta yetirib - 10:6.