Rusiya nüvə arsenalını zənginləşdirir: NATO-dan etiraz gəldi

Rusiya bu ilin sonuna kimi özünün nüvə arsenalını 40 qitələrarası ballistik raketlə zənginləşdirəcək.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu fikirləri prezident Vladimir Putin "Ordu-2015" hərbi-texniki forumda dilə gətirib.

 

O bildirib ki, bu addım Kremlin özünümüdafiə sistemini daha da möhkəmləndirəcək. Putin bunu həm də NATO-nun Şərqi Avropada hərbi fəallığını genişləndirməsi ilə əlaqələndirib.

 

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker ilə Brüsseldə keçirilən görüşündə Rusiyanın mövqeyini tənqid edib: "Bölgədə nüvə silahlarını artırmaq təhlükəlidir. Bu addım vəziyyəti gərginləşdirə bilər".

 

Baltikyanı dövlətlər isə NATO-nun onların ərazisində möhkəmlənməsini alqışlayıblar. Onlar bunu şərq qonşularından istənilən an gözlənilən təhlükəyə qarşı sığortalanmaq kimi dəyərləndirirlər.

Müəllif | Apa.Tv
Apa.tv