Bakı-2015: Gürcü və belaruslu güləşçilər arasında dava düşdü - VİDEO

Bakı-2015 I Avropa Oyunlarında qeyri-adi hadisə baş verib.

 

APA TV-nin xəbərinə  görə, kişilər arasında sərbəst güləş üzrə görüşdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan iki idmançı xalçadan kənarlaşdırılıb.

 

Belaruslu Vladislav Andreyevlə gürcü Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə vurub. Belaruslu pəhləvan da buna qarşılıq verdikdən sonra iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.

 

Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb. Onlar barədə hansı qərarın veriləcəyi maraqla gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv