Prezident İlham Əliyev DSX-nin yeni şəhərciyinin açılışına qatılıb
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin əsaslı təmir olunmuş xidməti binalar komendantlığının açılışında iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ali Baş Komandana yeni şəhərcik haqda məlumat verib. Azərbaycan prezidenti Gilan İdman Klubunun dəstəyi ilə Astaranın Ərçivan qəsəbəsində inşa edilən Boks Mərkəzinin açılışına qatılıb. Mərkəzin tikintisinə bu ilin fevralında başlanılıb. İkimərtəbəli binanın birinci mərtəbəsində işçilər üçün hərtərəfli şəraiti olan otaqlar hazırlanıb. Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına verilib.
Prezident İlham Əliyev Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak edib. 2013-cü ildə prezidentin sərəncamı ilə yolun inşasına 3,3 milyon manat vəsait ayrılıb. Avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir.