Yaşar Əliyevə bürünc medal şansı!
Güləşçilərimiz Avropa Oyunlarında uğurlu çıxışlarını davam etdirir.
APA TV-nin xəbərinə görə, sərbəst güləş yarışlarında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaşar Əliyev yarımfinala yüksəlsə də, qızıl medallar uğrunda mübarizə şansını son dəqiqələrdə əldən verib. Rusiyalı Viktor Lebedevlə görüşdə 1:3 hesabı ilə məğlub olan güləşçimiz bürünc medal qazanmaq şansını saxlayır.
Qeyd edək ki, Yaşar Əliyev ¼ final mərhələsində erməni güləşçi Barseqyana 10:6 hesabı ilə qalib gəlmişdi.