Toğrul Əsgərov finalda!

Avropa Oyunlarında sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov finala vəsiqə qazanıb. İlk görüşlərini uğurla başa vuran güləşçimiz yarımfinalda Belarus təmsilçisi Nurukau ilə üz-üzə gəlib. Rəqibinə 7:2 hesab ilə qalib gələn Toğrul Əsgərov finala çıxıb. Qızıl medallar uğrunda mübarizədə güləşçimizin rəqibi  italyan Çamizo Markes olacaq. Qeyd edək ki, 97 kiloqram çəki dərəcəsində güləşçimiz Xetaq Qaysumov da finala çıxıb. 57 kiloqramda çıxış edən Yaşar Əliyev isə bürünc medal uğrunda mübarizə aparacaq. 

Müəllif | Apa.Tv
Apa.tv