Ramazan ayı başlayır
Bu axşamdan etibarən İslam dünyasında müqəddəs Ramazan ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu gün axşam niyyət axşamıdır və sabah artıq Ramazanın ilk günü hesab olunacaq.
Bu gün niyyət axşamı isə müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.