Qəzada ölən metropoliten işçisinin nişanlısı ifadə verdi

Qəzada ölən metropoliten işçisi Günay Məmmədovanın nişanlısı, polis əməkdaşı Rabil Rzayevin izahatı bu gün səhər saatlarında  alınıb. Cinayət  işinin icraatı isə müstəntiq Cəmşid Əliyevdən alınaraq Suraxanı rayon Polis İdarəsinin baş müstəntiqi  Müşfiq Alməmmədova həvalə edilib.

 

Bakı Metropoliteninin əməkdaşı Günay Məmmədovanı avqustun 30-da aeroport yolunda yolu keçərkən maşın vurub. "BMW X5" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman piyada qəflətən yolu kecmək istəyib. Bu vaxt sürücü sürət həddini tənzimləyə bilmədiyindən 23 yaşlı qızı vurub.  Müstəntiqin sözlərinə görə, hadisə baş verən gün mərhumun nişanlısı kimi təqdim oluna  Rabil  Günayla bərabər olub. Bunu istintaqda Rzayevin özü də təsdiqləyib. O bildirib ki, Günayı aralarında yaranan narazılığı aradan qaldırmaq  məqsədi ilə evdən cıxarıb. Yolda etdikləri təkrar mübahisədən sonra geri dönərkən, Günay maşından düşmək istəyib. Yolun digər tərəfinə kecdiyi zamansa markalı avtomobil onu vurub. Baş verən hadisəni Rabil görüb. Affekt vəziyyətinə düşdüyündən hadisə yerinə toplaşanlardan birinə yaxınlaşaraq qızı tanıdığını və dərhal ailəsinə məlumat verməyi xahiş edib. Atasının telefon nömrəsini hadisə yerində olanlardan birinə verən Rzayev  hadisə yerindən uzaqlaşıb.

 

Rabil Rzayev 2011-ci ildən Bakı Metropolitenində  polis işləyir. Günay Məmmədovla da  Gənclik metrosu stansiyasında xidmət apararkən tanış olublar. Müstəntiq onuda əlavə etdi ki, hadisənin bütün detalları araşdırılır. Günayın intihar etdiyi istisna olunmur. 

 

 

Müəllif | Apa.Tv