9-cu qızıl medal TOĞRUL ƏSGƏROVDAN!

Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayı 20-yə çatıb. 20-ci medalı yığmamıza sərbəst güləşçimiz Toğrul Əsgərov qazandırıb. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov bütün rəqiblərindən üstün olaraq finala yüksəlməyi bacarıb. İtalyan Frank Gamizo Markeslə final görüşü güləşçimiz üçün çətin başlayıb. Görüşün əvvəllərində rəqibə fənd işlətməyə imkan verən Toğrul Əsgərov 0:2 hsabı ilə geri düşsə də, görüşün ikinci dəqiqəsində Frank Gamizo Markesin kürəyini yerə vuraraq təmiz qələbə qazanıb. Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı sayca 9-cu qızıl medaldır. 

Müəllif | Apa.Tv
Apa.tv