21-ci medal sərbəst güləşçimiz CƏBRAYIL HƏSƏNOVDAN!
Sərbəst güləş üzrə ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc mükafatını qazanıb. Azərbaycanın komanda hesabına sayca 21-ci medalı yazdıran sərbəst güləşçimiz üçüncü yer uğrunda mübarizədə bolqar Kiril Terziyevi sınağa çəkib. İlk hissədə rəqibinə 7:0 hesabı ilə qalib gələn Cəbrayıl Həsənov ikinci hissədə daha iki xal qazanıb. Görüş 9:1 hesabı ilə güləşçimizin xeyrinə başa çatıb.
Qeyd edək ki, Avropa Oyunlarında sərbəst güləş yarışları sabah başa çatacaq.