Azərbaycan prezidenti Xetaq Qazyumova qızıl medal təqdim etdi

 

Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində medalların təltif olunması mərasimi keçirilib. Azərbaycana 10-cu qızıl medalı qazandıran sərbəst güləşçimiz Xetaq Qazyumova medalı prezident İlham Əliyev təqdim edib. Təqdimetmə mərasimində Dünya Güləş Federasiyasının rəhbəri Nenad Laloviç də iştirak edib. Medallar təqdim edildikdən sonra qalib ölkələrin bayqarları qaldırılıb və Azərbaycanın dövlət himni ifa olunub. Himnin ifasından sonra tamaşaçılar qalib Xetaq Qazyumovu ayaqüstə alqışlayıblar.

 

 

Müəllif | Apa.Tv