Xetaq Qazyumov: “Azarkeşlər məni çempion olmağa vadar edirdi”

“Məhz Azərbaycanda keçirilən I Avropa Oyunlarında çempion olduğuma görə çox şadam”. Bu fikirləri I Avropa Oyunlarında 97 kq çəki dərəcəsində qızıl medal qazanan sərbəst güləşçimiz Xetaq Qazyumov deyib. Onun sözlərinə görə, qızıl medal qazanmasında azarkeşlərin dəstəyi önəmli rol oynayıb.

 

“Məhz Azərbaycanda keçirilən I Avropa Oyunlarında çempion olduğuma görə çox şadam. Azərbaycan prezidenti də zalda idi. Bu cür azarkeşlərin qarşısında çempion oldum. Azərbaycan bayrağını qaldırdım. Bu, mənim üçün çox xoşdur”.

 
İdmançımız bildirib ki, gürcüstanlı güləşçi ilə görüş onun üçün adi xarakter daşıyıb:

 

“Bu görüşə revanş kimi baxmırdım. Növbəti görüşlərimizdən biri idi. Sadəcə, məhz bu gün mən onu məğlub etdim. Belə bir publikanın önündə məğlub olmaq ağlımdan belə keçmirdi. Azarkeşlər məni çempion olmağa vadar edirdi”.

 

Qeyd edək ki, I Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Elizbar Odikadze üzərində qələbə qazanıb.
 
 

Müəllif | Apa.Tv
Almaz Qasımova