Toğrul Əsgərovun qələbəsi doğulduğu Gəncə şəhərində böyük sevinclə qarşılanıb - VİDEO

Sərbəst güləş üzrə Olimpiya çempionu  Toğrul Əsgərovun  Avropa Oyunlarında möhtəşəm qələbəsi çempionun doğma yurdu Gəncədə böyük sevinclə  qarşılanıb. APA TV-nin məlumatına görə, Toğrulun yaşadığı  5-ci mikrorayonda açıq havadakı kafedə final mübarizəsini  izləyənlər arasında onun məktəb dostları və yaxınları da olublar.  Sərbəst güləş yarışlarının 65 kq çəki dərəcəsində italiyalı idmançı Frank Çamizonu məğlubiyyətə uğradaraq  Azərbaycana növbəti qızıl medal gətirən Toğrulun möhtəşəm qələbəsi onlara da hədsiz sevinc və fəxarət anları yaşadıb. 

Müəllif | Apa.Tv
Azər Məmmədli