Prezident reperlə rinqdə döyüşdü
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və reper Timati rinqdə döyüşüblər.
APA TV-nin məlumatına görə, döyüş yoldaşlıq xarakteri daşıyıb. Prezident Kadırov bu barədə öz “instagram” hesabına video paylaşıb.
Çeçen prezident videonun şərh bölməsində qeyd edib ki, Timati sağ və salamatdır. "Biz artıq rinqi tərk etdik. Timati sağ və salamatdır! Başqa cür ola bilməzdi! Mən həmişə xalqın fikrini nəzərə almağa çalışıram, xalq Timatini sevir! Mən xalqın sevimlisini nokauta göndərə bilməzdim", - deyə Ramzan Kadırov qeyd edib.