Azərbaycan medal sayına görə liderlər sırasında

İyunun 17-də Birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışların nəticələrinə görə Azərbaycan öz uğurlu mövqeyini qoruyur.

 

APA TV-nin məlumatına görə, Azərbaycan idmançıları qazanılan qızıl medalların sayına görə reytinq cədvəlində Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.

 

Kişi idmançıların reytinq cədvəlində 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində isə komandamız Rusiya, Macarıstan, Serbiya və Belarusdan sonra 5-ci yerdədir.

 

Ümumilikdə, Azərbaycan Birinci Avropa Oyunlarında 11 qızıl, 3 gümüş və 9 bürünc medal əldə edib. Rusiya idmançıları isə 16 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb. Medal sayına görə siyahıya Rusiya liderlik edir.

 

Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğu barədə məlumat Baku2015.com saytında yerləşdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv