Arım, balım, pətəyim...
Bura nə konsert salonudur, nə də musiqi məktəbi. Bura arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkasının keçirildiyi mərkəzdir. APA TV-nin xəbərinə görə, yarmarkaya 47 şəhər və rayondan 320 nəfər arıçı müxtəlif növ məhsullarla qatılıb. Satışa ümumilikdə 500 ton bal, 40 kq çiçək tozu, 3 kq arı südü və 10 kq vərəmum çıxarılıb. Burada balın 1 kiloqramı 15 manata satılır ki, bu da adi bazar qiymətlərindən 10-15 manat ucuzdur. Digər arıçılıq məhsulları isə alıcılar müxtəlif qiymətlərə almaq imkanı əldə edə biləcəklər.
Yarmarkada ölkənin əksər regionlarından gətirilən müxtəlif növ bal tapmaq mümkündü. Satış mərkəzində daha çox cənub və şimal-qərb bölgəsinin arıçıları iştirak edir. İlk gün olduğundan hələ ki, satıçılar ən çox 5-7 kq bal sata biliblər. Lakin oktyabrın 5-dək davam etməsi nəzərdə tutulan yarmarkada təxminən 1 arıçı 200-300 kq arası bal sata bilir.
Satıcılardan fərqli olaraq alıcılar bir o qədər də məmnun görünmürdü. Çünki bal seçimində tərəddüd içərisində qalan alıcılar bir biri ilə məsləhətləşərək məhsul almaq məcburiyyətindədirlər.
Yarmarkanın bir özəlliyi də alıcılara alacaqları məhsulun dadına baxmaq imkanının verilməsi idi.
Yarmarkada iştirak edən satıcılara isə bura gəlib satışa qatılmağın qiymətinə gəlincə, hər bir iştirakçısı yarmarkanın keçirildiyi Dənizkənarı Bulvarın yaxınlığında yerləşən Dəniz Vağzalının mühasibatlığına 167 manat məbləğində yer haqqı ödəməli olub.
Qeyd edək ki, XIV respublika sərgi-satış yarmarkası oktyabrın 5-nə kimi keçiriləcək.