ABŞ-da kilsədə qətliam: senator və daha 8 nəfər öldürüldü

ABŞ-ın Çarlston şəhərində naməlum silahlı şəxs kilsəyə daxil olaraq 9 nəfəri qətlə yetirib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumat görə, onlardan biri ABŞ Senatının Cənubi Karolinadan seçilən üzvü Klementa Pinknidir.

 

Hüquq-mühafizə orqanları insidentin baş verdiyi ərazidən əhalinin təxliyəsinə başlayıb. Kilsənin ətrafındakı bir neçə məhəllədən də sakinlər köçürülür. Güman edilir ki, kilsədə partlayıcı qurğu yerləşdirilib.

 

Polisin məlumatına görə, insidenti ağdərili bir şəxs törədib. Atışmanın baş verdiyi məhəllədə isə əsasən qaradərili sakinlər yaşayır. Yaralılar da var, ölü sayının artacağı istisna olunmur.

Müəllif | Apa.Tv
Apa.tv