Yəməndə məscid partladıldı: 50 ölü

Yəmən paytaxtında Ramazanın ilk günü terror aktları ilə yadda qalıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, şəhərdəki məscidlərdən birində ard-arda dörd partlayış törədilib.

 

Terror aktı həyata keçirilən məscidlərdə əsasən şiə məzhəbli əhali ibadət edib. Ölü sayı 50-ni ötüb. Partlayışlar husi üsyançılarının qərargahına yaxın ərazidə yerləşən məsciddə qeydə alınıb. Terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv