Ermənilər cəbhə xəttində yenə yanğınlar törətdi

Ötən gecə Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində yenidən yanğınlar törədiblər.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə leçmiş Ağdərə rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurulub.

 

Alov qısa müddət ərzində genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Yerli sakinlərin və Tərtər yanğınsöndürmə briqadalarının birgə səyi nəticəsində sözügedən yaşayış məntəqələrinin əkin sahələrinə zərər dəyməyib. Yanğın gecə yarısınadək davam edib. 

Müəllif | Apa.Tv
Apa.tv