Samuxda daha bir nəfəri ilan sancdı
Samux rayon sakinini ilan sancıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlibayramlı kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhi Fizuli oğlu Məmmədov özünə məxsus evin həyətində gəzərkən ilan onun ayağından sancıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər Ruhi Məmmədovun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Qeyd edək ki, iyun ayında Samuxda ilan sancma hadisələrinin sayı artıb. Son bir ayda 4 nəfəri ilan sancıb.