Taekvondoçumuz Fəridə Əzizova finalda!

Azərbaycanın taekvondo yığması Avropa Oyunlarında uğurlu çıxışını davam etdirir.

 

APA TV-nin xəbərinə görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Fəridə Əzizova inamlı çıxış edərək finala vəsiqəni təmin edib.

 

İdmançımız ¼ final mərhələsində Türkiyə taekvondoçusu Nur Tatara 6:2 hesabı ilə qalib gəlib.

 

Yarımfinalda təcrübəli isveçli idmançı Elin Yohansson ilə qarşılaşan Fəridə Əzizova görüşə ehtiyatla başlayıb. İlk hissəni 1:0, ikinci hissəni 2:1 hesabı ilə bitirən taekvondoçumuz sonuncu hissədə hücum taktikası seçib və 5:2 hesabı ilə qalib gələrək finala çıxıb.

 

Qızıl medal uğrunda görüşdə Fəridə Əzizovanın rəqibi rusiyalı Anastasiya Barışnikova ilə fransız Nabi Niarenin görüşündə müəyyən olunacaq. 

Müəllif | Apa.Tv
Apa.tv