Taekvondoçumuz Harceqani inamlı qələbə qazanaraq finala çıxdı!

Taekvondo üzrə Azərbaycan yığmasının üzvü Beigi Harceqani 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançıların yarışında finala çıxıb.

 

Mübarizəyə ¼ final mərhələsində başlayan idmançımız bu mərhələdə britaniyalı Məhəmməd Lutalo üzərində inamlı qələbə qazanıb - 17:5.

 

Yarımfinalda təcrübəli portuqaliyalı taekvondoçu Xulio Ferrera ilə qarşılaşan Harceqani ilk iki hissədə 4 xal qazanıb, üçüncü hissədə isə inamlı çıxış edərək görüşü 6:2 hesabı ilə başa vurub.

 

Qeyd edək ki, bu gün taekvondo yarışlarında iki çəki dərəcəsi üzrə mübarizə başlayıb, Azərbaycan idmançıları hər iki dərəcədə finala vəsiqə qazanaraq, ən azı gümüş medalı təmin ediblər.

Müəllif | Apa.Tv
Apa.tv