Ermənini məğlub edən Hacı Əliyev bürünc medal qazandı!

Avropa Oyunlarında sərbəst güləş yarışlarının son günündə aktivimizə daha bir medal yazılıb.

 

APA TV-nin xəbərinə görə, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi Recep Aktaş Minurla qarşılaşıb.

 

Görüş güləşçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibini 10:2 hesabı ilə məğlub edən Hacı Əliyev Avropa Oyunlarının bürünc mükafatçısı olub. Güləşçimiz bu gün ¼ finalda erməni Volodya Franqulyanı məğlub etmişdi. Hacı Əliyevin qardaşı Yaşar Əliyev dünən keçirilən 1/4 finalda erməni Qarik Barsekyanı məğlub etsə də, növbəti mərhələdə türkiyəli güləşçiyə məğlub olmuş, bürünc medal qazanmaq şansını son anda əldən vermişdi.

 

Qeyd edək ki, bu, sərbəst güləşçilərimizin Avropa Oyunlarında qazandığı sayca dördüncü medaldır. Yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıblar. 

Müəllif | Apa.Tv
Apa.tv