Sərbəst güləşdən daha bir bürünc medal!
Avropa Oyunları çərçivəsində sərbəst güləş yarışlarında atletlərimiz daha bir medal qazanıblar. 70 kiloqram çəki dərəcəsində Avropa çempionumuz Ruslan Dibirhacıyev üçüncü yer uğrunda görüşdə gürcü David Tlasadze ilə üz-üzə gəlib. Bərabər şəraitdə keçən görüş güləşçimizin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da sərbəst güləş yığmamızın medal sayı 5-ə çatıb. Güləşçilərimiz ümumilikdə Avropa Oyunlarında 14 medal qazanıblar.