Azərbaycan güləşçilərindən 15-ci medal Cəmaləddin Maqomedovdan!

Azərbaycanın sərbəst güləş yığması Avropa Oyunlarında çıxışlarını bürünc medalla yekunlaşdırıb. 125 kiloqram çəki dərəcəsində Avropa və dünya çempionatlarının mükafatçısı Cəmaləddin Maqomedov üçüncü yer uğrunda mübarizədə Slovakiya təmsilçisi Soslan Qaqloyevi sınağa çəkib. Görüşün ilk yarısını 1:0 hesabı ilə başa vuran güləşçimiz ikinci hissədə də üstünlüyü qoruyaraq 7:2 hesablı qələbə qazanıb.

 

Bu, sərbəst güləşçilərimizin Avropa Oyunlarında qazandığı 6-cı medaldır. Bundan əvvəl Toğrul Əsgərov və Xetaq Qazyumov qızıl medal, Cəbrayıl Həsənov, Hacı Əliyev, Ruslan Dibirhacıyev bürünc medal qazanıblar.

 

Azərbaycanın güləş yığması Avropa Oyunlarında ümumilikdə 15 medal qazanıb. Bunlardan 6-sı qızıl, 2-si gümüş, 7-si bürünc medaldır.

 

 

Müəllif | Apa.Tv