Taekvondoçu Fəridə Əzizova gümüş medal qazandı - VİDEO
Azərbaycanın taekvondo yığması Avropa Oyunlarında daha bir medal qazanıb. Bu gün 67 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan qadın taekvondoçumuz Fəridə Əzizova bütün görüşlərini qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb. İdmançımızın çempionluq adı uğrunda görüşdə rəqibi Rusiya idmançısı Anastasiya Barışnikova olub. Gərgin keçən görüşdə rusiyalı idmançı 1 xal fərqi ilə qalib gəlib. Fəridə Əzizova görüşün yekun nəticəsində əsasən gümüş medal qazanıb.
Qeyd edək ki, bu, taekvondo yığmamızın Avropa Oyunlarında üçüncü medalıdır. Taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.