Cəmaləddin Maqomedov: “Dünya çempionatı və Olimpiadada qələbə qazanacağam”

“I Avropa Oyunlarında bürünc medal da əhəmiyyətlidir. Biz bunu qazanmaq üçün çox hazırlaşmışdıq”. Bu sözləri Azərbaycanın sərbəst güləş yığmasının üzvü, Avropa Oyunlarının bürünc mükafatçısı Cəmaləddin Maqomedov deyib.

 

O əslində yarışa qızıl medal qazanmaq istəyi ilə başladığını deyib: “Nə etmək olar, belə alındı. Bürünc mükafat da yaxşıdı. Öz ölkəmdə, azarkeşlərimizi məyus etmək istəmirdim. Hər kəsə dəstəyə görə təşəkkür edirəm”.

 

Maqomedov 1/8 finalda məğlub olduğu türkiyəli güləşçi Taha Akgülün ondan daha güclü olduğunu qeyd edib: “Mən bütün gücümdən istifadə etdim. Rəqibim məndən güclü idi. Yenə də məşq edəcəm. Dünya və Olimpiya Oyunlarında qələbə qazanacam. Üç dəfə onunla qarşılaşıb məğlub olmuşam. Çalışıb ondan əvəz çıxacam. Bir də bəxtimi sınayacam”.

 

I Avropa Oyunlarında 125 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Soslan Qaqloyev üzərində qələbə qazanıb.

 

Müəllif | Apa.Tv