Taekvondoçumuza qızıl medalı prezident İlham Əliyev təqdim etdi

Avropa Oyunlarında taekvondo yarışlarının 80 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Bu çəkidə qalib olmuş taekvondoçumuz Milad Beigi Harceqaniyə qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.

 

Qeyd edək ki, bu çəki dərəcəsində gümüş medalı Rusiya idmançısı Albert Quan qazanıb. Britaniyalı Məhəmməd Lutalo və portuqaliyalı Xulio Ferreyra bürünc medal qazanıblar. 

Müəllif | Apa.Tv