Qızıl medal qazanmış taekvondoçumuz: “Söz vermişdim ki sizi sevindirəcəyəm”
“Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxa bildiyimə görə xoşbəxtəm”. Bu açıqlamanı taekvondoçumuz, Azərbaycanın komanda hesabına 12-ci qızıl medalı qazandıran Milad Beiqi Harçeqani verib.
O, yarışdan öncə verdiyi vədə sadiq qaldığını deyib: “Verdiyim sözü yerinə yetirdim. Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm”.
Qeyd edək ki, Milad Beiqi Harçeqani finalda rusiyalı Albert Quanla qarşılaşıb və rəqibinə 9:4 hesabı ilə qalib gəlib.