Türkiyədə iki böyük fabrik külə döndü
Türkiyəni Kocaeli şəhərində güclü yanğın baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kimya fabrikində başlanan yanğın yaxınlıqdakı böyük sahəsi olan avtomobil təmiri sexlərinə keçib.
Əraziyə dərhal yanğınsöndürənlər və xilasedicilər gəliblər. Buna baxmayaraq, ərazidəki başqa bir fabrik də yanğına təslim olub. Hər iki fabrik və avtomobil sexləri yararsız vəziyyətə düşüb. Ətrafda yaşayan sakinlər isə evlərindən təxliyə olunublar.